Haqqımızda

Xudəfərin Lepka 2003-cü ildən etibarən ənənələrə sadiq qalaraq qurulmuş və inkişaf edən bir satış mağazasıdır. Yarandığı gündən yeniliyi, incə dizaynı, keyfiyyəti və yüksək xidmət səviyyəsini özü üçün əsas prioritet götürən Xudəfərin Lepka böyük inkişaf yolu keçmişdir. Genişləndirilmiş nəqliyyat parkı ilə şəhər daxili və respublikanın hər yerində məhsulların çatdırılmasını həyata keçirən Xudəfərin Lepka həmçinin fərdi evlərdə də təmir-tikinti işləri ilə məşğul olmaqdadır.
Xudafərin Lepka 2019-cu ildə yaradılmış “Piramida Group” MMC-nin tərkibində fəaliyyətini davam və inkişaf etdirməkdədir.

Müasir dövrdə müştəri məmnuniyyəti və daha operativ xidmətin aparılması şərtləri şirkətlərin prioritetlərindən birinə çevrilmişdir. Bu operativliyin təmin edilməsi yollarından biri də məhz müştəri xidmətləridir. Müştəri xidmətlərinin yüksək keyfiyyətdə olmasının əsas göstəricilərindən biri əlaqə vasitələrinin müştərilər üçün əlçatanlığıdır.